Bu il Azərbaycan polipropilen ixracından qazancını 2 % artırıb

Bu il Azərbaycan polipropilen ixracından qazancını 2 % artırıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 25 min 437,5 min ton ilkin formalarda polipropilen ixrac edib
Energetika
19 May , 2022 13:06
Bu il Azərbaycan polipropilen ixracından qazancını 2 % artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 25 min 437,5 min ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 37 milyon 918,54 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə müvafiq olaraq 17,3 % az və 2,3 % çoxdur.

Bu ilin yanvar-aprel ayları ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,93 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,32 % olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi