Bu il Azərbaycan polipropilen ixracından qazancını 40% artırıb

Bu il Azərbaycan polipropilen ixracından qazancını 40% artırıb Bu ilin aprel ayında Azərbaycan 10,3 mln ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib
Energetika
31 May , 2021 15:00
Bu il Azərbaycan polipropilen ixracından qazancını 40% artırıb

Bu ilin aprel ayında Azərbaycan 10,3 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.

Məlumata görə, bu, 2020-ci ilin aprel ayı ilə müqayisədə 5 milyon ABŞ dolları və yaxud 94,3 % çoxdur.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 37,1 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 10,6 milyon ABŞ dolları və yaxud 40 % çoxdur.

Qeyd edək ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi