Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 13,242 milyard kubmetr təbii qaz ixrac edib.
Bu barədə “Report” Azərbaycan Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən 8 ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri 2,350 milyard ABŞ dolları təşkil edib.
Bu həcmlərin 7,309 milyard kubmetri Türkiyəyə, 2,158 milyard kubmetri Gürcüstana ixrac edilib.
Bundan başqa, ötən 8 ay ərzində İtaliyaya 3,047 milyard kubmetr, Yunanıstana 424,2 milyon kubmetr, Bolqarıstana 150,7 milyon kubmetr, İrana isə 152,4 milyon kubmetr təbii qaz ixrac edilib.
Türkiyəyə yanvar-avqust aylarında ixrac edilən təbii qazın ümumi dəyəri 1,089 milyard ABŞ dolları, Gürcüstana 268,5 milyon ABŞ dolları təşkil edib.
Həmçinin, bu ilin yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 836,2 milyon ABŞ dolları, Yunanıstana 127,5 milyon ABŞ dolalrı, Bolqarıstana 22,4 milyon ABŞ dolları, İrana isə 5,786 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.