Bu il Azərbaycan Ukraynaya 5,7 min ton bitum ixrac edib

Bu il Azərbaycan Ukraynaya 5,7 min ton bitum ixrac edib Azərbaycandan Ukraynaya ixrac edilən bitum əsasən dəniz yolu vasitəsilə tədarük edilib
Energetika
12 Noyabr , 2020 15:37
Bu il Azərbaycan Ukraynaya 5,7 min ton bitum ixrac edib

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Ukraynaya 5,7 min ton bitum ixrac edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupunun apardığı araşdırmasında deyilir.

Azərbaycandan Ukraynada ixrac edilən bitum əsasən dəniz yolu vasitəsilə tədarük edilib.

Məlumata görə, 2020-ci ilin yanvar-oktyabr aylarında Ukrayna bitum bazarının balansı 960 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.

Bildirilir ki, bazar həm məhsulun idxalı, həm də Kremençuq neftayırma zavodunda istehsalın artması hesabına böyüməyə davam edir. Hesabat dövründə “Ukrtatnafta” şirkətinin zavodu bitum istehsalını 199 min tondan 283,7 min tona qədər, yəni 42,4 % artırıb. Bununla belə, Kremençuq neft emalı zavodunun balans payı 2020-ci ilin yanvar-sentyabr aylarında ötən ilin analoji dövrü ilə müqayisədə 35 %-dən 30 %-ə qədər azalıb.

Bildirilir ki, bu ilin yanvar-oktyabr ayları ərzində Ukraynaya 678,4 min ton yol bitumu idxal edilib ki, bu da ötən ilin yanvar-oktyabr aylarının göstəricisindən 2,1 dəfə çoxdur. Oktyabr ayında ölkəyə rekord həcmdə məhsul idxal edilib və 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 246 % artaraq 162 min ton təşkil edib.

Təkcə son 10 ay ərzində Belarusdan Ukraynaya 479,2 min ton bitum idxal edilib ki, bu da 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 77 % çoxdur. Bu müddət ərzində Polşadan ölkəyə 108,3 min ton bitum tədarük edilib ki, bu da ötən ilin 10 ayının göstəricilərindən 2,7 dəfə çoxdur.

Qeyd edək ki, hesabat dövründə Ukraynaya idxal edilən bitumun 46,5 min tonu dəniz yolu ilə gətirilib. Bu müddət ərzində bu yolla Yunanıstandan Ukraynaya 15,3 min ton, İtaliyadan 12,4 min ton, Türkiyədən 8 min ton, İspaniyadan isə 5,1 min ton bitum idxal edilib.

Son xəbərlər

Orphus sistemi