Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda təxminən 17,2 mln ton neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 369,1 min ton az olub.
Respublika üzrə neft hasilatının 11,4 mın tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 mln tonu (kondensat) “Şahdəniz”in payına düşüb.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 mln ton təşkil edib.