Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 3,9 mlrd kubmetr qaz hasil olunub
Energetika
31 İyul , 2021 13:36
Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

Bu ilin 6 ayı ərzində Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, qazın 6,4 mlrd kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 10 mlrd kubmetri “Şahdəniz”dən əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 3,9 mlrd kubmetr qaz hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 5,1 %, yəni 990 milyon kubmetr artımla qaz hasil edilib.

Son xəbərlər

Orphus sistemi