Bu ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 8,7%, yəni 2 mlrd kubmetr artımla 25,1 mlrd kubmetr qaz hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.
Qaz hasilatının 7,9 mlrd kubmetri “Azəri-Çıraq-Güməşli”dən, 12,3 mlrd kubmetri isə “Şahdəniz”dən əldə edilib.
SOCAR üzrə bu dövrdə 4,9 mlrd kubmetr qaz hasil olunub.