Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 77,1 min ton həcmində propilen, 102,4 min ton həcmində polietilen, 102,1 min ton həcmində etilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, propilen istehsalının 73,1 min tonu əmtəəlik məhsulun payına düşüb.
Hesabat dövründə propilen istehsalı 3,2% artıb, əmtəəlik propilen istehsalı isə 1,7% azalıb.
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə etilen istehsalı 4,2%, polietilen istehsalı isə 18,8% artıb.