Bu il BTC kəməri ilə 19 min tondan çox Qazaxıstan nefti nəql edilib

Bu il BTC kəməri ilə 19 min tondan çox Qazaxıstan nefti nəql edilib Bu ilin birinci rübündə Qazaxıstanın “KazTransOil” şirkəti “Tengiz”yatağından hasil edilmiş və Aktau limanında ixrac üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 19 221 ton neft nəql edib.
Energetika
12 Aprel , 2023 16:25
Bu il BTC kəməri ilə 19 min tondan çox Qazaxıstan nefti nəql edilib

Bu ilin birinci rübündə Qazaxıstanın “KazTransOil” şirkəti “Tengiz”yatağından hasil edilmiş və Aktau limanında ixrac üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 19 221 ton neft nəql edib.

Bu barədə “Report” Qazaxıstan mətbuatına istinadən xəbər verib.

Məlumata görə, 9 959 ton həcmində neftin ilk partiyası martın 23-də Aktau limanında “Prezident Heydər Əliyev” tankeri ilə yola salınıb. 9 262 ton kütlə həcmində olan neftin ikinci partiyası martın 27-də “Şuşa” tankeri ilə yola salınıb.

Xatırladaq ki, fevral ayının əvvəlində Türkiyədə baş verən zəlzələlərdən sonra “KazTransOil” şirkəti Ceyhan dəniz terminalında yükləmə əməliyyatlarının müvəqqəti dayandırılması ilə bağlı fors-major hallar barədə xəbərdarlıq alıb. Bununla əlaqədar olaraq, 2023-cü ilin fevralına planlaşdırılan 120 min ton həcmində Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Aktau limanından Bakıya neft ixracının başlanması dayandırılıb.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi