Bu il Ceyhan limanından 257 tanker Azərbaycan nefti yola salınıb

Bu il Ceyhan limanından 257 tanker Azərbaycan nefti yola salınıb Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 193,8 mln barel xam neft nəql edib
Energetika
1 Dekabr , 2020 15:55
Bu il Ceyhan limanından 257 tanker Azərbaycan nefti yola salınıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 193,8 mln barel xam neft nəql edib.

“Report” xəbər verir ki, bu həcmdə xam neft 257 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,554 mlrd barel neft 4 638 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.

Son xəbərlər

Orphus sistemi