Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin iki ayı ərzində Ceyhan terminalından 33,5 milyon barel xam neft nəql edib.
“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 46 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Ümumilikdə İndiyə qədər limandan 3 604 milyon barel xam neft 4 705 tankerə yüklənib.
BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftiniilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.