Bu il Ceyhan terminalından 154 mln barel neft nəql edilib

Bu il Ceyhan terminalından 154 mln barel neft nəql edilib İndiyədək Ceyhan limanından neft 4 583 tankerə yüklənib
Energetika
14 Sentyabr , 2020 12:34
Bu il Ceyhan terminalından 154 mln barel neft nəql edilib

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 154,02 mln barel xam neft nəql edib.

“Report” xəbər verir ki, bu həcmdə xam neft 202 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,514 mlrd barel neft 4 583 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.

Son xəbərlər

Orphus sistemi