Bu ildə dünya üzrə elektrik enerjisinə tələbata dair Beynəlxalq Enerji Agentliyinin (İEA) proqnozu artırılsa belə həmin göstərici XX əsrin ortalarından bu yana ən kəskin şəkildə geriləyəcək.
“Report” xəbər verir ki, İEA-nın hesabatına görə, 2020-ci ildə elektrik enerjisinə tələbat 2 faizədək azalacaq. Halbuki dünya maliyyə böhranından sonrakı 2009-cu ildə bu azalma 0,6 faiz olub.
Bu ilin aprel ayındakı hesabatda elektrik enerjisinə tələbatda 5 faizlik azalma olacağı bildirilmişdi.
İlin yekununda Avrasiya ölkələrində elektrik enerjisinə tələbatın 3 faiz azalacağı, eyni zamanda Çində 2 faiz artacağı güman edilir. Belə ki, Çin tələbatın artacağı yeganə ölkə hesab olunur.
“2021-ci ildə dünya iqtisadiyyatının dirçəlməsilə elektrik enerjisinə dünya tələbatının 3 faiz artacağı gözlənilir. Hərçənd dünya maliyyə böhranından sonrakı 2010-cu ildə elektrik enerjisinə olan tələbat 7,2 faiz artmışdı”, –qurumun hesabatında göstərilir.