Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) aparılmış optimallaşdırma tədbirləri çərçivəsində bu ilin ikinci rübü ərzində 14 043 metrə qazma əməliyyatları həyata keçirilib.
“Report”un məlumatına görə, bu barədə SOCAR-ın bu ilin II rübündə həyata keçirdiyi qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı yaydığı hesabatda deyilir.
Bildirilir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1 118 metr və ya 7,37 % azdır.
Qeyd edək ki, 2020-ci ilin iki rübü ərzində SOCAR 15 161 metr qaz əməliyyatları həyata keçirib.