Bu il “Suraxanı” yatağında hasilat azalacaq

Bu il “Suraxanı” yatağında hasilat azalacaq 2021-ci ildə “Suraxanı” yatağından 1,13 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.
Energetika
6 Yanvar , 2021 09:48
Bu il “Suraxanı” yatağında hasilat azalacaq

2021-ci ildə “Suraxanı” yatağından 1,13 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2020-ci ildə yataqdan 1,14 milyon barel neft hasil olunması proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 0,9 % çoxdur.

2019-cu ildə isə bu göstərici 1,12 milyon barel təşkil edib ki, bu da bu ilin proqnoz göstəricisindən 0,89 % çoxdur.

Qeyd edək ki, "Suraxanı" neft yatağı Bakı şəhərindən 16 km şimal-şərqdə, Xəzər dənizi səviyyəsindən 70-75 m yüksəklikdə yerləşir. "Azərbaycan Respublikasında "Suraxanı" neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 16 avqust 2005-ci ildə qüvvəyə minib. Saziş sahəsi 13 km2-dir. Yatağın işlənməsinə 24 avqust 1904-cü ildə Ağcagil mərtəbəsindən 211 m dərinliyə qazılmış 73 204 №-li quyunun fontan üsulu ilə istismara verilməsindən başlanıb. Gündəlik hasilat 35 ton neft olub.

Son xəbərlər

Orphus sistemi