Cəlilabad və Biləsuvarın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur

Cəlilabad və Biləsuvarın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur “Azərişıq” ASC-nin bu ildən regionlarda start verdiyi yeni layihə çərçivəsində Cəlilabad və Biləsuvarın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur.
Energetika
6 Aprel , 2022 11:59
Cəlilabad və Biləsuvarın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur

“Azərişıq” ASC-nin bu ildən regionlarda start verdiyi yeni layihə çərçivəsində Cəlilabad və Biləsuvarın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur.

“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Cəlilabad rayonunun Sadatlı, Qamışlıgöl, Xəlilli, Albalan, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı, Yusublu kəndlərində işlərə başlanılıb. Kmumilikdə 33 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 111 km-a yaxın 10 kV-luq, 75 km-a yaxın 0,4 kV–luq elektrik xətləri yenilənəcək. 786 abonenti olan 10 kənddə elektrik sayğacları da dəyişdiriləcək.

Biləsuvarın Amankənd, Təzəkənd və Dərvişli kəndlərində də işlərə başlanılıb. 1 232 abonenti olan bu 3 kənddə ümumilikdə 19 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 36 km-a yaxın 10 kV-luq, 65 km-a yaxın 0,4 kV –luq elektrik xətləri yenisi ilə əvəzlənəcək.

Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.

Son xəbərlər

Orphus sistemi