Cənubi Qafqaz Boru Kəmərinin xərcləri 40%, ötürücülük gücü isə 42% artıb

Cənubi Qafqaz Boru Kəmərinin xərcləri 40%, ötürücülük gücü isə 42% artıb Bu ilin I yarısında Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) 38 milyon ABŞ dolları xərc çəkilib.
Energetika
6 Avqust , 2021 12:53
Cənubi Qafqaz Boru Kəmərinin xərcləri 40%, ötürücülük gücü isə 42% artıb

Bu ilin I yarısında Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) 38 milyon ABŞ dolları xərc çəkilib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çoxdur.

O cümlədən, son 1 ildə kəmərin əməliyyat xərcləri təxminən 23% artaraq 27 milyon dollara, əsaslı xərcləri isə 2,2 dəfə artaraq 11 milyon dollara çatıb.

2021-ci ilin yanvar-iyun aylarında CQBK-nin orta ötürücülük gücü 46,5 milyon kubmetr təşkil edib ki, bu da 1 il əvvələ nisbətən təxminən 42% çoxdur.

CQBK-nin sərmayədarları bunlardır: bp (28,8%), TPAO (19%), PETRONAS (15,5%), AzSCP (10%), NİKO (10%), LUKOYL (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%).

Kəmər 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz" qazını çatdırır. Kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya çatdırılmasına isə 2020-ci ilin dekabr ayında başlanılıb.

Son xəbərlər

Orphus sistemi