CPC bu il 53 milyon ton neft ixrac edib

CPC bu il 53 milyon ton neft ixrac edib "Xəzər Boru Kəməri Konsorsiumu" (CPC) bu ilin yanvar-oktyabr aylarında 53 milyon ton neft ixraca göndərib.
Energetika
27 Noyabr , 2024 13:43
CPC bu il 53 milyon ton neft ixrac edib

"Xəzər Boru Kəməri Konsorsiumu" (CPC) bu ilin yanvar-oktyabr aylarında 53 milyon ton neft ixraca göndərib.

Bu barədə “Report”un Qazaxıstan bürosu CPC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

"Cari ilin yanvar ayından oktyabrın 31-dək CPC 53 milyon tondan çox neft ixrac edib. Bu həcmlər 492 tankerə yüklənib ki, bu da ötən ilin göstəricisindən iki gəmi çoxdur", - məlumatda qeyd olunub.

Bildirilir ki, 2024-cü ilin əvvəlindən boru kəmərinin istismar hazırlığı əmsalı təxminən 98 % təşkil edir. Bu dövr ərzində neft nasos stansiyalarının mexaniki-texnoloji avadanlıqlarında və xətt hissəsində 26 mindən çox texniki xidmət işi yerinə yetirilib.

Xatırladaq ki, bu il CPC təxminən 65,2 milyon ton Qazaxıstan nefti nəql etməyi planlaşdırır. 2023-cü ildə CPC 63,47 milyon ton neftin (artım 8,1 %) nəqlini və ixracını təmin edib.

Uzunluğu 1,5 min km olan CPC Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir, burada neft CPC dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun ən böyük səhmdarları arasında Rusiya (“Transneft”), Qazaxıstan (“Kazmunayqaz”), “Chevron”, “Lukoil”, “ExxonMobil”, “Rosneft” və “Shell” şirkətləri var.

Son xəbərlər

Orphus sistemi