Bu ilin yanvar-aprel ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 67,225 milyon barel xam neft nəql edib.
“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 92 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Ümumilikdə indiyə qədər limandan 3 mlrd 638 mln barel xam neft 4 751 tankerə yüklənib.
Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.