Neftin qiyməti dünən xeyli qalxdıqdan sonra bu gün bir qədər azalıb.
“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında “Brent” markalı neftin fevral fyüçersləri dünən 1,5 faiz bahalaşdıqdan sonra bu gün 0,96 faiz ucuzlaşaraq 74,3 ABŞ dollarından, Nyu-York Əmtəə Birjasında (NYMEX) “” markalı neftin yanvar fyüçersləri isə dünən 2,13 faiz bahalaşdıqdan sonra bu gün səhər 1,08 faiz ucuzlaşaraq 71,6 dollardan satılıb.
Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının güman ediləndən daha çox azalmasına dair xəbərlər, habelə dünyada koronavirusa yoluxmaların artımı üzündən neftə tələbat proqnozlarının azalması bazara təsir edib.