Dünya bazarında bazar ertəsi neftin qiymətləri cüzi düşüb.
“Report” xəbər verir ki, ICE London Birjasında “Brent” markalı neftin may fyuçersləri 0,36 % azalaraq 1 bareli 82,52 ABŞ dollarına satılıb.
"WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,29 % azalaraq 76,1 ABŞ dolları təşkil edib.
Bu, onu göstərir ki, qlobal maliyyə bazarlarında treyderlər neft fyuçerslərinin ticarəti zamanı riskdən qaçmağa meyllidirlər.