Dünya bazarında "qara qızıl" cüzi bahalaşıb

Dünya bazarında "qara qızıl" cüzi bahalaşıb Neftə olan tələbin qlobal artımı dünya bazarlarında "qara qızıl"ı cüzi bahalaşdırıb.
Energetika
17 Yanvar , 2022 09:34
Dünya bazarında qara qızıl cüzi bahalaşıb

Neftə olan tələbin qlobal artımı dünya bazarında "qara qızıl"ı cüzi bahalaşdırıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 8.50-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,05% bahalaşaraq, 1 bareli 86,1 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,18% artaraq, 1 bareli 83,44 ABŞ dolları təşkil edib.

Analitiklər hesab edirlər ki, “Omikron” ştamının koronavirusun digər ştamları ilə müqayisədə zəif təsir bağışlaması dünyada neftə olan tələbin gözləniləndən artıq olması ilə nəticələnib. Ekspertlərin fikrincə, yüksək qlobal tələbə yalnız məhdudiyyətlərin gücləndirilməsi ilə səviyyələnən Çinin COVID-19 strategiyası mənfi təsir göstərə bilər.

Son xəbərlər

Orphus sistemi