"OPEC+" alyansının iclasından sonra dünya bazarlarında neft qiymətləri aşağı düşür.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin noyabr fyuçersləri 0,28 % ucuzlaşaraq, 1 bareli 71,39 ABŞ dollarına satılıb. "WTI" markalı neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,41 % aşağı düşərək, 1 bareli 68,31 ABŞ dolları təşkil edib.
İnvestorların "OPEC+" alyansının dünən keçirilmiş iclasının nəticələrini qiymətləndirməsi fonunda bazarda mənfi tendensiya müşahidə olunur. Görüşün nəticəsi olaraq, hər ay neft hasilatının gündəlik 400 min barel artırılması haqqında qərar olduğu kimi saxlanılıb.