Dünyada qazma qurğularının sayı artıb

Dünyada qazma qurğularının sayı artıb Latın Amerikasında 6 ədəd artaraq 125 ədədə çatıb
Energetika
5 Mart , 2021 16:41
Dünyada qazma qurğularının sayı artıb

Fevral ayında dünyada neft və qazın qazma qurğularının sayı 87 ədəd, yaxud 1,23 faiz artaraq 1 270 ədəd təşkil edib.

“Report” “Prime”yə istinadən xəbər verir ki, ABŞ-ın “Baker Hughes” araşdırma mərkəzinin verdiyi məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən bu cür qurğuların sayı 855 ədəd, yəni 1,7 dəfə azalıb.

O cümlədən ABŞ-da ay ərzində həmin qurğuların sayı 29 ədəd artaraq 398 ədədə, Kanadada 34 ədəd artaraq 171 ədədə, Avropada 4 ədəd artaraq 98 ədədə, Yaxın və Orta Şərq regionunda 9 ədəd artaraq 260 ədədə, Afrikada 6 ədəd artaraq 57 ədədə, Latın Amerikasında 6 ədəd artaraq 125 ədədə çatıb.

Eyni zamanda Asiya-Pasifik regionunda qazma qurğusu sayı 1 ədəd azalaraq 161 ədəd təşkil edib.

Son xəbərlər

Orphus sistemi