Dünyada işlək neft və qaz buruqlarının sayı may ayı ərzində aprel ayı ilə müqayisədə 25 ədəd, yaxud 1,6% artaraq 1 628-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın “Baker Hughes” şirkətinin məlumatında deyilir.
İllik ifadədə işlək buruqların sayı 366 ədəd və ya 29% artıb.
ABŞ-da ay ərzində bu göstərici 28 ədəd, yaxud 4% artaraq 718-ə çatıb. Kanadada buruqların sayı 93-dək, Avropada isə 79-dək azalıb.
Yaxın Şərqdə göstərici 14 ədəd artaraq 314-ə, Asiya-Sakit okean regionunda 9 ədəd artaraq 193-ə çatıbsa, Afrikada buruqların sayı 2 ədəd azalaraq 76-ya düşüb. Latın Amerikasında göstərici 155-dək azalıb.