Əbdülməcid Attar: “2020-ci ildə xam neft tələbatı 9,5 mln barel azalacaq”

Əbdülməcid Attar: “2020-ci ildə xam neft tələbatı 9,5 mln barel azalacaq” Koronavirus pandemiyasının bu il qlobal qaz tələbatının 5 %-dək azalmasına səbəb olacağı gözlənir
Energetika
11 Noyabr , 2020 17:38
Əbdülməcid Attar: “2020-ci ildə xam neft tələbatı 9,5 mln barel azalacaq”

“Koronavirus pandemiyasının bu il qlobal qaz tələbatının 5 %-dək azalmasına səbəb olacağı gözlənir”.

“Report” xəbər verir ki, bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri” mövzusunda Nazirlərin 22-ci Görüşü çərçivəsində keçirilən "dəyirmi masa"sında çıxış edən Əlcəzairin energetika naziri və adıçəkilən tədbirin rəhbəri Əbdülməcid Attar (Abdelmadjid Attar) deyib.

Onun sözlərinə görə, 2019-cu ildə təbii qaza olan tələbat 1,9 % artıb: "Bu il isə qaz sektorunda təklif 3,5 % artıb, enerji ticarəti 13 % yüksəlib. Pandemiya qlobal qaz bazarlarında qiymətlərin 3 % daha aşağı düşməsinə səbəb olacaq. Hətta bu daha təxmin edilən həddən daha aşağı ola bilər”.

Ə.Attar hesab edir ki, pandemiyanın nəqliyyat sektoruna təsiri xam neftə tələbatı da azaldıb: “Hava və quru nəqliyyatı qlobal xam neft tələbatına da təsirsiz ötüşməyib. OPEC-in açıqlamasına görə, 2020-ci ildə xam neft tələbatı gündəlik 9,5 mln barel azalacaq. Bir sıra təsirlərə görə, OPEC və OPEC+ ölkələr hasilatı azaltmağı qərara alıblar. Ehtimal edilir ki, 2021-ci ildən hasilatda müəyyən artım olsun".

Qeyd edək ki, Nazirlərin 22-ci Görüşü sabah keçiriləcək.

Son xəbərlər

Orphus sistemi