“Azərbaycan, Belarus və Mərkəzi Asiyanın bəzi ölkələrində dövlət müəssisələrinə aid iş yerləri istehsalla bağlı iş yerlərinin 30-70 %-ni təşkil edir. Mərkəzi Avropa və Baltikyanı ölkələrdə isə bu nisbət təxminən 10 %-dir”.
“Report” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) açıqladığı “Transition Report 2020-21” hesabatında bildirilir.
Bundan başqa, sənəddə deyilir ki, dünyanın neft-qaz ehtiyatlarının 90 %-i, neft-qaz istehsalının isə 55 %-i milli neft şirkətlərinin nəzarətindədir: "Bu şirkətlər bir neçə milyard dollarlıq aktivlərə, dövlət gəlirlərində böyük paya və onlarla, yüzlərlə, bəzən minlərlə işçi heyətinə malikdirlər. Məsələn, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəliri ölkənin ÜDM-ini belə üstələyir. EBRD-nin əhatə etdiyi ölkələrdə milli neft şirkətlərindən dövlət büdcəsinə transferlər onların ümumi gəlirlərinin 2-18 %-i arasında dəyişir”.