Əfqan İsayev: “SGC ilə hidrogen nəql etmək potensialı mövcuddur”

Əfqan İsayev: “SGC ilə hidrogen nəql etmək potensialı mövcuddur” Hazırda SGC-nin ötürmə qabiliyyətini illik 31 milyard kubmetrədək artırmaq imkanı var
Energetika
3 İyun , 2022 16:17
Əfqan İsayev: “SGC ilə hidrogen nəql etmək potensialı mövcuddur”

Cənub Qaz Dəhlizi (SGC) ilə hidrogen nəql etmək potensialı mövcuddur.

“Report” xəbər verir ki, bunu "Cənub Qaz Dəhlizi" QSC-nin Baş direktoru Əfqan İsayev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib. 

Onun sözlərinə görə, SGC “yaşıl texnologiyalar” sahəsinə keçməyi planlaşdırır. “Bu istiqamətdə artıq müvafiq proqramlar hazırlanır. Bərpa olunan enerji mənbələri sahəsində layihələr həyata keçirmək üçün potensial mövcuddur”, - QSC-nin rəsmisi deyib.

Ə.İsayev SGC-nin Azərbaycanın qaz nəqli tələbatını təmin ödədiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda SGC-nin ötürmə qabiliyyətini illik 31 milyard kubmetrədək artırmaq imkanı var.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox, o cümlədən İtaliyaya 10 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

Son xəbərlər

Orphus sistemi