ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası Agentliyinin (EIA) iyul ayı üçün qısamüddətli energetika inkişafı proqnozunda (STEO) “Brent” markalı xam neftin qiymətinin 2021-ci ilin ikinci yarısında orta hesabla 72 dollar/barel, 2022-ci ildə isə 67 dollar/barel olacağı gözlənilir.
“Report” “Hellenicshippingnews”a istinadən xəbər verir ki, “Brent” markalı neftin qiyməti 2021-ci ilin üçüncü rübündə orta hesabla bir barel üçün 73 ABŞ dolları təşkil edəcək, dördüncü rübdə isə orta hesabla 71 dollar/barel səviyyəsinə düşəcək.
Eyni zamanda iyul proqnozunda “Brent” markalı neftin orta qiymətinin 2021-ci ildəki 69 dollar/bareldən 2022-ci ildə 67 dollar/barelə düşəcəyi proqnozlaşdırılır (iyun ayındakı proqnozda bu göstəricilər müvafiq olaraq 65 və 60 dollar/barel idi - red.).
WTI markalı neftin qiymətinin də eyni yolla gedəcəyi gözlənilir. İyuldakı STEO-da WTI neftinin 2021-ci ilin 3-cü rübündəki orta qiyməti bir barel üçün 71 ABŞ dollar təşkil edib. Bu da iyundakı STEO-dan 6 dollar çoxdur. 2021-ci ilin IV rübündə WTI markalı neftin qiymətinin 68 dollar/barel olacağı proqnozlaşdırlır (iyunla müqayisədə +7 ABŞ dolları).
Neft qiymətləri üzərində orta aşağı təzyiq proqnozlaşdırılan qlobal neft hasilatının artması ilə 2021-ci ilin ikinci yarısında başlayacaq və bu, ehtiyatların azalmasının yavaşlamasına səbəb olacaq.
İyul STEO-sunda 2021-ci ilin ikinci yarısında qlobal ehtiyatların həcmi (istehlak və istehsal arasındakı fərq) gündəlik 210 min barel səviyyəsində proqnozlaşdırır. Bu da əvvəlki ayın proqnozundan 20 min barel/gün yüksəkdir, lakin 2021-ci ilin birinci yarısında gündəlik 1,7 milyon barel orta daxilolmadan xeyli azdır.
2022-ci ildə xammal ehtiyatlarında təxmin edilən artım orta hesabla gündlik 460 min barel olacaq. İyun proqnozunda bu, 510 min barel/gün kimi təxmin edilmişdi.
Qeyd edək ki, bu gün gündüz saatlarında “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,01% artaraq 73,48 dollar/barelə, WTI markalı avqust fyuçerslərinin dəyəri isə 0,14% artaraq bir barelə görə 71,75 ABŞ dollarına çatıb.