EIA III rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

EIA III rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib ​​​​​​​ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci ilin üçüncü rübü üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb
Energetika
11 Avqust , 2021 09:18
EIA III rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci ilin üçüncü rübü üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb.

“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – August 2021” hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, bu ilin üçüncü rübündə ölkədə orta gündəlik neft hasilatının 700 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu, iyul ayında verilən proqnozla eynidir.

Həmçinin, bu proqnoz 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 40 min barel və ya 6,06 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatının 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Ötən ay açıqlanan bundan öncəki proqnozda bu rəqəm 720 min barel təşkil edirdi.

Son xəbərlər

Orphus sistemi