EIA: Karbon qazı tullantıları rekord həddə azalıb

EIA: Karbon qazı tullantıları rekord həddə azalıb Kömür kimi yeraltı yanacaq növlərinə də tələbat xeyli azalıb
Energetika
3 Mart , 2021 15:45
EIA: Karbon qazı tullantıları rekord həddə azalıb

Dünya enerji sənayesində karbon qazı tullantılarının həcmi ötən il 5,8 faiz azalıb ki, bu da ikinci dünya müharibəsindən sonrakı dövrün ən böyük nailiyyətidir.

“Report” xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (EIA) hesabatına əsasən, bunun başlıca səbəbi koronavirus pandemiyasının doğurduğu iqtisadi böhran üzündən dünya boyu enerjiyə əsas tələbatın 4 faiz azalmasıdır.

Belə ki, enerji istehsalı sahəsində atmosferə karbon qazı tullantılarının həcmi 2 milyard ton azalıb. Bu da Avropa İttifaqı ölkələrində karbon qazı tullantılarının məcmu həcminə bərabərdir.

Hesabata görə, 2020-ci ildə avtomobil və hava nəqliyyatında daşımaların kəskin azalması nəticəsində neft və kömür kimi yeraltı yanacaq növlərinə də tələbat xeyli azalıb.

“Pandemiyanın təsir fevral ayının sonuna yaxın özünü göstərməyə başladı. Aprel ayında isə əksər inkişaf etmiş ölkələr gediş-gəliş və səyahətlərlə bağlı müxtəlif məhdudiyyətlərlə üzləşəndə dünyada karbon qazı tullantıları ən böyük aylıq azalma göstərdi... Pandemiyanın birinci dalğası nəzarətə götürüldüyü, işgüzar fəallıq isə ilin ortasında artdığı üçün tullantılar da artdı və ilin sonunadək artmağa davam etdi. 2020-ci ilin dekabr ayında dünya boyu tullantıların həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz çox olub”, - hesabatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi