Ekspert: “Avropanın Rusiya qazından imtinası mümkündür, amma bu, son dərəcə çətin olacaq”

Ekspert: “Avropanın Rusiya qazından imtinası mümkündür, amma bu, son dərəcə çətin olacaq” Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin sözlərinə görə, enerji sektorunu da əhatə edəcək Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketinin hazırlanması fonunda Qərbin Rusiya qazından mümkün imtinası məsələsi getdikcə da
Energetika
18 Aprel , 2022 14:23
Ekspert: “Avropanın Rusiya qazından imtinası mümkündür, amma bu, son dərəcə çətin olacaq”

"Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı enerji sektorunu da əhatə edəcək altıncı sanksiyalar paketinin hazırlanması fonunda Qərbin Rusiya qazından mümkün imtinası məsələsi getdikcə daha da aktuallaşır".

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, Ukraynada aparılan hərbi əməliyyatlar səbəbindən Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı sanksiyalar fonunda ən çətin qərar Aİ ölkələrinin çox asılı olduqları Rusiya neftindən və qazından imtina ilə bağlıdır.

O, növbəti sanksiyalar paketi haqqında bildirib ki, neftin növbəti sanksiyalara daxil edilməsi üçün hazırda “smart”-mexanizmlər üzərində işləyirik.

POLITICO nəşrinə görə, Aİ Şurasının sədri Şarl Mişel də Rusiyanın enerji daşıyıcılarından tam imtinanın tərəfdarıdır. Daha əvvəl o bildirmişdi ki, “tez ya gec” Rusiya neftinə və qazına qarşı sanksiyalar tətbiq etmək lazım gələcək.

Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin proqnozlarına görə, Avropa ən yaxşı halda 2 il sonra Rusiya qazından imtina edə bilər. O, “Sky News Arabia”ya müsahibəsində vurğulayıb ki, bununla əlaqədar olaraq, Aİ resursları şaxələndirməyə çalışır və bu baxımdan Yaxın Şərq böyük rol oynaya bilər.

ICIS konsaltinq şirkətinin sıxılmış təbii qaz bazarı üzrə analitiki Robert Songer “Report”a açıqlamasında deyib ki, texniki baxımdan Aİ-nin bu müddətə Rusiya qazından imtina etməsi mümkündür, amma bu, son dərəcə çətin olacaq:

“Mövcud tədarük şəbəkələrinin buraxılış qabiliyyətinin artırılması ilə bağlı imkanların məhdudluğunu nəzərə alsaq, çox güman ki, tələbin azalması Rusiyadan tədarükün itirilməsini kompensasiya etmək baxımından vacib komponent olacaq. Avropanın problemi bundadır ki, idxal obyektlərinin əsas hissəsi qitənin cənubunda olduğu halda, əsas tələbi daha şimalda yerləşən ölkələr formalaşdırır. Şimali Avropa Rusiyanın qaz həcmlərini sıxılmış təbii qazla (CNG) əvəz etmək üçün daha çox idxal obyekləri yaratmalıdır. Daha əvvəl yeni potensial CNG zavodları haqqında danışılırdı, amma hazırda təklif məhdud, tələb isə çox böyükdür”.

Onun fikrincə, yeni CNG zavodlarının tikilməsi vaxt tələb edəcək və bu, 2-3 il vaxt apara bilər.

Son xəbərlər

Orphus sistemi