Ekspert: “İGB-ni Avropanın ən uğursuz layihəsi adlandırmaq olar”

Ekspert: “İGB-ni Avropanın ən uğursuz layihəsi adlandırmaq olar” “Təsəvvür edirsiniz, Azərbaycan tərəfi 3 500 kilometrlik uzunluqda olan Cənub Qaz Dəhlizi boru kəmərini öncədən verilmiş müddətə vaxtında inşa edib istifadəyə verdik.
Energetika
26 İyul , 2021 11:48
Ekspert: “İGB-ni Avropanın ən uğursuz layihəsi adlandırmaq olar”

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) bu gün Avropanın ən uğursuz layihəsi adlandırmaq olar.

Bu barədə “Report”a neft-qaz sektorunda çalışan ekspert bildirib.

“Təsəvvür edirsiniz, Azərbaycan tərəfi 3 500 kilometrlik uzunluqda olan Cənub Qaz Dəhlizi boru kəmərini öncədən verilmiş müddətə vaxtında inşa edib istifadəyə verdik. Onlar isə 180 kilometrlik boru kəmərini 7 illik gecikmə ilə hələ də inşa edirlər”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, birinci dəfə bu kəmərin 2014-cü ildə tikilib istifadəyə veriləcəyi bildirilirdi, lakin, kəmər hələ də hazır deyil.

Mütəxəssis deyir ki, bu boru kəmərinin tikilib istifadəyə verilməsi ilə bağlı müxtəlif vaxtlarda, müxtəlif səviyyələrdə fərqli müddətlər bildirilib: “Son dəfə bu kəmərin istifadəyə verilməsi müddətini yenə təxirə salıblar. İndi də bildirirlər ki, bu kəmərin tikintisi 2022-ci ilin ortalarında yekunlaşaraq istifadəyə veriləcək. 2022-ci ildə hələ inşa edilib istifadəyə verilsə, bu da 8 illik gecikmə deməkdir. Mən şəxsən, “180 kilometrlik boru kəmərini niyə 8 illik gecikmə ilə inşa edirlər?” sualının cavabını bilmirəm”.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi