Ekspert: “İqtisadi aspektlər Brüsselin Bakıya qarşı mövqeyinə təsir edəcək”

Ekspert: “İqtisadi aspektlər Brüsselin Bakıya qarşı mövqeyinə təsir edəcək” Avropa İttifaqının (Aİ) Azərbaycan qazına, Avropa şirkətlərinin isə Qarabağda həyata keçiriləcək layihələrə marağı tərəflər arasında qarşılıqlı əlaqələr üçün əlavə stimul ola bilər.
Energetika
13 İyul , 2021 11:00
Ekspert: “İqtisadi aspektlər Brüsselin Bakıya qarşı mövqeyinə təsir edəcək”
Mixail Neyjmakov

Avropa İttifaqının (Aİ) Azərbaycan qazına, Avropa şirkətlərinin isə Qarabağda həyata keçiriləcək layihələrə marağı tərəflər arasında qarşılıqlı əlaqələr üçün əlavə stimul ola bilər.

Bunu “Report”a açıqlamasında Rusiyanın Siyasi və İqtisadi Əlaqələr Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.

“Məlum olduğu kimi, əməkdaşlıq üçün bu cür istiqamətlərə Aİ-nın genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelinin Azərbaycanın iqtisadiyyat naziri ilə bu yaxınlarda baş tutan görüşündə də toxunulub. Təcrübə siyasi qərarların heç də həmişə biznes maraqlarının ardınca getmədiyini göstərsə də, həmin iqtisadi aspektlər Brüsselin Bakıya qarşı mövqeyinə təsir edəcək”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Brüssel dəfələrlə Cənubi Qafqaz regionundakı siyasətlə bağlı ən mühüm məsələləri daim diqqətdə saxladığını nümayiş etdirib: “Aİ-nin Azərbaycanla əməkdaşlığının bir çox istiqamətlərinin həyata keçirildiyi “Şərq tərəfdaşlığı” proqramının inkişafına diqqət barədə Brüseldə həmçinin ciddi çağırışlarla bağlı olan pandemiyanın ilk aylarında bəyan edilirdi. Bu əsnada ötən ilin martında Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin bu təşəbbüsün üzünmüddətli məqsədləri ilə bağlı təklifini və yaxud həmin ilin iyununda “Şərq tərəfdaşlığı” onlayn-samitinin gündəliyini yada salmaq olar”.

Xatırladaq ki, bu il iyulun 6-9-da Cənubi Qafqaza rəsmi səfəri çərçivəsində Azərbaycanda olan Avropa Genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheli Azərbaycanın Aİ-nın enerji təchizatı və enerji tədarükünü diversifikasiyası baxımından önəmli rol oynadığını deyib: “Azərbaycan güclü tərəfdaşdır və artıq diversifikasiya baxımından öz yardımını göstərməyə başlayıb”.

Avropa komissarı Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə uğur əldə etdiyini və pandemiyanın səbəb olduğu ciddi iqtisadi fəsadlardan yayına bildiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi