Avstraliyada dünyanın ən böyük günəş elektrik stansiyası tikiləcək

Avstraliyada dünyanın ən böyük günəş elektrik stansiyası tikiləcək 2023-cü ilədək Avstraliyanın cənub-şərqindəki Yeni Cənubi Uels ştatında 1,2 mVt gücünə malik, dünyanın ən böyük günəş elektrik stansiyası tikiləcək.
Energetika
5 Fevral , 2021 15:47
Avstraliyada dünyanın ən böyük günəş elektrik stansiyası tikiləcək

2023-cü ilədək Avstraliyanın cənub-şərqindəki Yeni Cənubi Uels ştatında 1,2 mVt gücünə malik, dünyanın ən böyük günəş elektrik stansiyası tikiləcək.

“Report” “Sydney Morning Herald”a istinadən xəbər verir ki, “CEP Energy” şirkəti tərəfindən Kurri Kurri şəhərində şəbəkəli günəş batareyalarından ibarət elektrik stansiyası inşa olunacaq.

“Böyük stansiyalar, o cümlədən “CEP Energy” şirkətinin Hanter Valli bölgəsi üçün tikməyi nəzərdə tutuduğu stansiya tədricən istismardan çıxarılan qaz və kömürlə çalışan qurğulardan sonra qalan boşluğu doldurmaq baxımdan mühüm rol oynayacaq”, – şirkətin rəhbəri Morris İemma qeyd edib.

“Guardian” xəbər verir ki, tikinti işləri 2022-ci ilin əvvəlindən başlayaraq 2023-cü ilin əvvəlinədək başa çatması nəzərdə tutulan həmin elektrik stansiya layihəsi 2,4 milyard ABŞ dollarına başa gələcək.

Son xəbərlər

Orphus sistemi