Energetika naziri: "Azərbaycanın qaz satdığı ölkələrin sayı 12-yə çatacaq"

Energetika naziri: "Azərbaycanın qaz satdığı ölkələrin sayı 12-yə çatacaq" Hazırda Azərbaycandan 30-a yaxın ölkəyə neft tədarük olunur, dekabrdan isə qazla təchiz edilən ölkələrin 12-yə çatacaq.
Energetika
22 Noyabr , 2024 19:42
Energetika naziri: Azərbaycanın qaz satdığı ölkələrin sayı 12-yə çatacaq

Hazırda Azərbaycandan 30-a yaxın ölkəyə neft tədarük olunur, dekabrdan isə qazla təchiz edilən ölkələrin 12-yə çatacaq.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov I İstanbul Enerji Forumu çərçivəsində “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında bildirib.

O, enerji əməkdaşlığının bərpa olunan enerji ilə genişləndiyi qeyd edib, artan enerji tələbatını qarşılamaq, iqlim dəyişikliyi ilə mübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirməklə bağlı müasir enerji çağırışlarının həllində regional və beynəlxalq enerji əməkdaşlığının vacibliyini vurğulayıb.

Sessiyada COP29 Sədrliyinin enerji təşəbbüslərinin qlobal “yaşıl enerji keçidi”ni sürətləndirən rolundan da bəhs edilib. Bu təşəbbüslərin Azərbaycanın bərpa olunan enerji sahəsindəki iddialı milli və beynəlxalq proqramlarına əsaslandığı bildirilib. Nazir deyib ki, bərpa olunan enerjinin milli inkişaf proqramı çərçivəsində 2027-ci ilədək həyata keçirilən 2 QVt-lıq genişmiqyaslı “yaşıl enerji” layihələri nəticəsində sərbəstləşən 1,2 milyard kubmetr qazın ixraca yönəldilməsi imkan yaranır.

Bərpa olunan enerjinin inkişafına dair beynəlxalq proqramın bir neçə “yaşıl enerji dəhlizi” layihəsindən ibarət olduğu qeyd edilib. “Azərbaycan - Türkiyə - Avropa”, “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizlərinin enerji təhlükəsizliyi və enerji keçidində regional enerji əməkdaşlığını gücləndirəcəyi diqqətə çatdırılıb. Energetika naziri Pərviz Şahbazov deyib: “Bu gün Bolqarıstanın təşəbbüsü ilə Gürcüstandan Türkiyə və daha sonra Avropaya “yaşıl enerji”nin tədarükü imkanlarını da müzakirə etdik. Bütün bu interkonnektorlar yalnız enerji təhlükəsizliyinə deyil, həm də qlobal enerji keçidinin sürətlənməsinə töhfə verəcək.”

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə keçirilən müzakirələrdə Gürcüstan, Macarıstan, Bolqarıstan, Moldova, Serbiya, Özbəkistan və Liviya nümayəndələri də iştirak edib.

Son xəbərlər

Orphus sistemi