Energetika naziri Pərviz Şahbazov martın 18-də Şirvan şəhərində, Şirvan və Hacıqabuldan olan vətəndaşları qəbul edəcək.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-da nazirlik yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında (Ünvan: Şirvan şəhəri, Maarif Aydınov küçəsi, 1/1) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar xətt”i, həmçinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, telefonlar: (021) 215-39-99, (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, www.minenergy.gov.az saytında yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin “facebook” səhifəsi vasitəsilə də qəbula yazılmaq mümkündür.