Energetika Nazirliyi "Yaşma" ərazisində qaz-turbin elektrik stansiyasının özəl investisiya hesabına tikintisi ilə bağlı hüquqi, texniki və maliyyə məsələləri üzrə məsləhətçi şirkətin cəlb edilməsi üçün təkliflər sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 15-i, saat 15:00-a qədər nazirliyin yerləşdiyi Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5 ünvanına təqdim edə bilərlər.
550 MVt-lıq yeni müasir tipli, həmdövrəli qaz-turbin elektrik stansiyasının inşası onun fəaliyyəti üçün zəruri köməkçi infrastrukturun mövcudluğu baxımından Bakıdan 40 km məsafədə yerləşən “Yaşma” ərazisində planlaşdırılır.