Energetika Nazirliyinin əməkdaşları beynəlxalq konfransda iştirak edib

Energetika Nazirliyinin əməkdaşları beynəlxalq konfransda iştirak edib Konfransda həmçinin bir çox tanınmış beynəlxalq universitetlərdən dəvət almış akademik və elm xadimləri tərəfindən müvafiq mövzuda təqdimatlar edilib.
Energetika
25 Dekabr , 2020 11:22
Energetika Nazirliyinin əməkdaşları beynəlxalq konfransda iştirak edib

Energetika Nazirliyinin əməkdaşları dekabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunmuş kimya mühəndisliyinin aktual problemləri mövzusunda onlayn formatda Beynəlxalq elmi-texniki konfransda iştirak edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, konfransın II sessiyasında Energetika Nazirliyinin nümayəndəsi Otel Hüseynov təqdimatla çıxış edib. “Neft-kimya sənayesinin inkişaf mərhələləri” adlı təqdimatda ölkəmizdə neft və neft-kimya sənayesinin tarixi, mövcud müəssisələr barədə məlumatlar yer alıb. Neft-kimya sənayesinin ölkə iqtisadiyyatının əsas seqmentlərindən biri olmaqla uzunmüddətli və sabit inkişaf yolunun formalaşmasında xüsusi rol oynadığı vurğulanıb. Sonda iştirakçıların sualları cavablandırılıb.

Konfransda həmçinin bir çox tanınmış beynəlxalq universitetlərdən dəvət almış akademik və elm xadimləri tərəfindən müvafiq mövzuda təqdimatlar edilib.

Son xəbərlər

Orphus sistemi