Enerji Məsələlərini Tənzimləmə Agentliyi I rübdə 1 712 müraciət qəbul edib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi I rübdə 1 712 müraciət qəbul edib Bunlardan 1 091-i elektrik enerjisi təchizatı, 341-i təbii qaz, 22-i istilik təchizatı, 258-i isə digər məsələlərlə bağlı olub
Energetika
12 Aprel , 2021 11:12
Enerji Məsələlərini Tənzimləmə Agentliyi I rübdə 1 712 müraciət qəbul edib

Bu ilin I rübündə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) istehlakçıların hüquqlarının qorunması, abunəçilərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı bilavasitə və nazirlik xətti ilə 1 712 müraciət daxil olub.

"Report" quruma istinadən xəbər verir ki, bunlardan 1 091-i elektrik enerjisi təchizatı, 341-i təbii qaz, 22-i istilik təchizatı, 258-i isə digər məsələlərlə bağlı olub.

Müraciətlərdən 1 082-ni agentlik araşdıraraq cavablandırıb. 9 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib. 3 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 429 müraciət hazırda baxılma prosesindədir.

Həmçinin 198 məlumat xarakterli müraciətdən 50-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Rüb ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 34 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.

Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 49 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb.

Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 11 layihə sənədinin razılaşdırılmasından imtina olunub.

İlin ilk 3 ayı ərzində 250 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.

1-ci rübdə qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 931 olub.

Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 12 layihə sənədinin razılaşdırılmasından imtina olunub.

Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 2 qeyri-qanuni qoşulma faktı aşkar edilib.

Qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 3 qeyri-qanuni qoşulma faktı aşkar edilib.

Agentlik 40 inzibati xəta haqqında protokol tərtib edib və 51 qərar verib.

“Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələrinin iştirakı ilə 16 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Rüb ərzində elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədi ilə 37 texniki yoxlama aparılıb.

1-ci rüb ərzində qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 38 texniki yoxlama aparılıb.

1-ci rübdə Agentliyə müraciət edən 24 müəssisədə elektrik təsərrüfatına cavabdeh 147 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

17 “ASAN xidmət", 1 “ASAN Kommunal” mərkəzi və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 544 müraciət daxil olub. Bütün müraciətlər müsbət həllini tapıb.

Son xəbərlər

Orphus sistemi