Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib Qalib şirkətə 7,1 min manat ödəniləcək
Energetika
23 Yanvar , 2021 11:13
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi balansında olan daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası xidmətinin satın alınması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Pasha Sığorta” ASC-dir.

Qalib şirkətə 7,1 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi