ENI rəhbəri: "Avropa Rusiya qazının Ukrayna üzərindən tranziti olmadan da keçinə bilər"

ENI rəhbəri: "Avropa Rusiya qazının Ukrayna üzərindən tranziti olmadan da keçinə bilər" Avropa Ukrayna üzərindən tranzitlə çatdırılan Rusiya qazı olmadan keçinə bilər.
Energetika
4 Noyabr , 2024 16:42
ENI rəhbəri: Avropa Rusiya qazının Ukrayna üzərindən tranziti olmadan da keçinə bilər

Avropa Ukrayna üzərindən tranzitlə nəql edilən Rusiya qazı olmadan keçinə bilər.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu fikri İtaliyanın ENI şirkətinin rəhbəri Klaudio Deskaltsi bildirib.

"Düşünürəm ki, Avropa 90 %-i keçən qaz ehtiyatları, ABŞ, Qətər və Şimali Afrikadan tədarüklər sayəsində yaxşı vəziyyətdədir", - o bildirib.

K.Deskaltsi həmçinin qeyd edib ki, Avropaya Rusiyadan böyük həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edilir.

Bununla belə, o, Azərbaycan qazının Ukrayna ərazisindən Avropaya tədarükü imkanını şərh etməyib.

Qeyd edək ki, bu ilin sonunda Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti başa çatır.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə bildirmişdi ki, Avropanın Ukrayna vasitəsilə Rusiya qazına ehtiyacı yoxdur. Lakin Ukrayna öz qaz boru kəməri sisteminin boş qalmamasında maraqlıdır. Bildirilib ki, Ukrayna qaz nəqli sistemindən istifadə etməklə Azərbaycandan Avropaya qaz tədarükü ilə bağlı danışıqlar aparılır.

Son xəbərlər

Orphus sistemi