“Equinor”la aparılan kəşfiyyat layihəsində ilkin müsbət nəticə əldə olunub

“Equinor”la aparılan kəşfiyyat layihəsində ilkin müsbət nəticə əldə olunub Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin kəşfiyyat üzrə vitse-prezidenti Tore Losetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika
22 Oktyabr , 2021 09:59
“Equinor”la aparılan kəşfiyyat layihəsində ilkin müsbət nəticə əldə olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin kəşfiyyat üzrə vitse-prezidenti Tore Losetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, görüşdə iki şirkətin bərabər pay bölgüsü əsasında həyata keçirdiyi “Qarabağ” yatağının işlənməsi, eləcə də “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında aparılan kəşfiyyat layihələrində növbəti addımların icrası müzakirə olunub.

“Equinor” şirkətinin nümayəndələri Azərbaycanda SOCAR ilə birgə həyata keçirilən bütün layihələrdə fəaliyyətlərini davam etdirmək əzmində olduqlarını bildirib, “Qarabağ” yatağından sonra “Aypara” və “Gündüz” kimi perspektivli strukturlarda kəşfiyyat qazmasının aparılması üçün mövcud imkanlar ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş "Statoil") və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi”-“Dan Ulduzu”-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili üzrə əməkdaşlıq edirlər. Şirkətlər həmçinin “Azəri”-“Çıraq” və “Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalanıb. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.

Son xəbərlər

Orphus sistemi