Səudiyyə Ərəbistanı koronavirus pandemiyasının bitməsindən sonra qlobal iqtisadiyyatın canlanması gözləntiləri ilə əlaqədar olaraq, “Saudi Aramco” dövlət neft və qaz şirkətinin 1%-ni satmaq üçün danışıqlar aparır.
“Report” xəbər verir ki, danışıqlar barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman “Bloomberg” telekanalına məlumat verib.
“Müqavilənin bağlanacağına dair heç bir söz vermək istəmirəm, ancaq (“Saudi Aramco”nun səhmlərinin – red.) 1%-nin dünyanın aparıcı energetika şirkətlərindən biri tərəfindən alınması hazırda müzakirə olunur. Adını deyə bilmərəm, amma nəhəng şirkətdir. Bu razılaşma həmin şirkətin yerləşdiyi ölkədə “Saudi Aramco”nun satışlarının güclənməsində əhəmiyyətli rol oynaya bilər”, – şahzadə deyib.
Müqavilənin dəyəri 19 milyard dollardır. Məhəmməd ibn Salmanın sözlərinə görə, razılaşma yaxın iki il ərzində reallaşa bilər.