“ExxonMobil” CO2 tullantılarının azaldılması texnologiyalarına 3 milyard dollar sərmayə yatırır

“ExxonMobil” CO2 tullantılarının azaldılması texnologiyalarına 3 milyard dollar sərmayə yatırır İnvestisiya “ExxonMobil”in proqnozlaşdırılan illik kapital xərclərinin 3-4%-i həcmində olacaq
Energetika
2 Fevral , 2021 17:35
“ExxonMobil” CO2 tullantılarının azaldılması texnologiyalarına 3 milyard dollar sərmayə yatırır

“Exxon Mobil Corp.” sırf karbon qazı (CO2) tullantılarının azaldılması texnologiyalarına diqqət yetirəcək bölmə yaradır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, yeni bölmə olan “ExxonMobil Low Carbon Solutions” 2025-ci ilədək CO2 tutma və saxlama (carbon capture and storage, CCS) layihələrinə 3 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. İnvestisiya “ExxonMobil”in proqnozlaşdırılan illik kapital xərclərinin 3-4 %-i həcmində olacaq.

Şirkətin press-relizində qeyd olunur ki, “ExxonMobil” CCS texnologiyasının hazırlanmasında 30 ildən çox təcrübəyə malikdir və layihələri 120 milyon tondan çox CO2 yığan ilk şirkətdir, bu isə bir ildə 25 milyondan çox avtomobilin qaz tullantısına bərabərdir.

“CO2 tutma, habelə tullantıların azaldılması texnologiyaları sahəsində lider şirkət kimi “ExxonMobil” əlçatan enerji tələbini ödəməyə və tullantıların azaldılması strategiyasına sadiqdir”, - şirkətin baş icracı direktoru Darren Vuds deyib.

Son xəbərlər

Orphus sistemi