Fatih Dönmez: “Qara dənizdə təbii qaz hasilatına bir addım daha yaxın olduq”

Fatih Dönmez: “Qara dənizdə təbii qaz hasilatına bir addım daha yaxın olduq” “Qara dənizdə təbii qaz hasilatı layihəsi kritik mərhələyə daxil oldu və biz hədəfə bir addım daha yaxınlaşdıq”.
Energetika
6 İyun , 2022 16:16
Fatih Dönmez: “Qara dənizdə təbii qaz hasilatına bir addım daha yaxın olduq”

“Qara dənizdə təbii qaz hasilatı layihəsi kritik mərhələyə daxil oldu və biz hədəfə bir addım daha yaxınlaşdıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz yatağın işlənməsi ilə məşğul olan “Turk Petrollari A.O” (TPAO) şirkətinin tviterdəki postunu paylaşaraq yazıb.

“Dənizin dibi ilə boru xətti çəkəcək gəmi bu gün Dardanel boğazını tərk edərək Filiosa istiqamət götürüb”, -paylaşımda deyilir.

Xatırladaq ki, Bakı Enerji Forumunda Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar bildirmişdi ki, yataqda ilk qaz 2023-cü ildə hasil olunacaq.

Son xəbərlər

Orphus sistemi