Füzulidə yeni yarımstansiyaların inşası nəzərdə tutulur

Füzulidə yeni yarımstansiyaların inşası nəzərdə tutulur Gələcəkdə Füzuli rayonunda əhalinin artımını və tələbatı nəzərə alaraq yeni yarımstansiyaların tikilişi nəzərdə tutulur.
Energetika
7 Oktyabr , 2022 12:15
Füzulidə yeni yarımstansiyaların inşası nəzərdə tutulur

Gələcəkdə Füzuli rayonunda əhalinin artımını və tələbatı nəzərə alaraq yeni yarımstansiyaların inşası nəzərdə tutulur.

"Report"un Füzuliyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmməzadə bildirib.

"Hazırda Füzulidə inşası davam etdirilən yarıstansiya ənənəvi yarımstansiyalardan effektivdir. Bu yarımstansiyalarda əməliyyat çevikliyi çox yüksəkdir, istənilən məlumatlar rəqəmsal formatda alınır və vahid rəqəmsal platformaya inteqrasiyası asanlaşır. Yəqin ki, bilirsiniz "Yaşıl enerji" zonasının öz tələbləri var. O tələblərdən biri də yarımstansiyaların rəqəmsal formatda idarə olunmasıdır. Bərpa olunan enerji mənbələrinin həmin yarımstansiyalara inteqrasiya olunması üçün müvafiq rəqəmsal mühit yaradılır", - o deyib.

"Azərişıq " rəsmisi əlavə edib ki, Füzulidə tikilən yarımstansiya mövcud tələbatı tamamilə qarşılayır.

Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzinin təməlini ötən il oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qoyub. 35/0,4 kilovoltluq 2x2500 kilovatt gücündə olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.

Son xəbərlər

Orphus sistemi