“Böyük Yeddilik” (G7) ölkələri enerji daşıyıcılarının qiymətlərindəki artımı dayandırmaq üçün tədbirlər görmək zərurəti ilə bağlı razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin Berlində energetika və ekologiya nazirləri səviyyəsində keçirilən G-7 toplantısının yekunlarına dair dərc etdiyi birgə məlumatda deyilir.
“Enerji keçidini asanlaşdıran əsas iqlim siyasəti mexanizmlərinə xələl gətirmədən, ekstremal bazar şərtləri ilə bağlı enerji daşıyıcılarının qiymətlərindəki artımın qarşısını almaq üçün effektiv tədbirlər görülməsi barədə düşünmək gərəkdir”, - sənəddə vurğulanır.
G7 neft və qaz ixrac edən ölkələri hazırkı qlobal enerji durumunda məsuliyyətli davranmağa çağırıb.