GECF: Azərbaycan Avrasiya regionunda 3-cü böyük təbii qaz hasilatçısıdır

GECF: Azərbaycan Avrasiya regionunda 3-cü böyük təbii qaz hasilatçısıdır Regionun ümumi qaz ixracının 78 %-ni Rusiya, 9 %-ni Türkmənistan, 6 %-ni isə Qazaxıstan təmin edir
Energetika
24 Fevral , 2021 16:10
GECF: Azərbaycan Avrasiya regionunda 3-cü böyük təbii qaz hasilatçısıdır

Azərbaycan 2050-ci ilə qədər ildə orta hesabla 40 milyard kubmetr təbii qaz hasil etmək potensialına malikdir.

“Report” xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “Global Gas Outlook 2050” hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, Azərbaycan bu baxımdan Avrasiya regionunda Rusiya və Türkmənistandan sonra 3-cü yerdə qərarlaşıb: "Hasilatın arxasında nəhəng Şahdəniz və Abşeron yataqlarından çıxarılan təbii qaz dayanır. Onlar Xəzər dənizindəki ofşor zonalarda yerləşir”.

Hesabatda Avrasiya regionunun "mavi yanacaq" ixrac etmək imkanları barədə də qeyd olunub: "2019-cu ildə Avrasiyada qaz ixracının həcmi 920 mlrd kubmetr olub ki, bu da qlobal qaz bazarındakı təklifin 23 %-i deməkdir. Adı çəkilən region qaz ixracına görə dünyada Şimali Amerikadan sonra II yeri tutur. Regionun ümumi qaz ixracının 78 %-ni Rusiya, 9 %-ni Türkmənistan, 6 %-ni isə Qazaxıstan təmin edir.

2050-ci ildə Avrasiya regionunda "mavi yanacaq" hasilatı 1,3 trilyon kubmetrə çatacaq ki, bunun da 78 %-i Rusiyanın, 17 %-i isə Türkmənistanın payına düşəcək”.

Son xəbərlər

Orphus sistemi