GECF: Qarşıdakı 30 ildə təbii qaza olan tələbat 50 % artacaq

GECF: Qarşıdakı 30 ildə təbii qaza olan tələbat 50 % artacaq Gələn il qlobal qaz tələbatı 1,5-4 % artacağı gözlənilsə də buna pandemiyanın yenidən alovlanması səbəbindən qapanmaların artması, qarşıdan gələn qış mövsümündə hava şəraiti də təsir edəcək.
Energetika
16 Noyabr , 2020 11:41
GECF: Qarşıdakı 30 ildə təbii qaza olan tələbat 50 % artacaq

"2050-ci ildə əsas qlobal enerji mənbəyi kimi təbii qazın payı bu günkü 23 %-dən 28 %-ə qalxacaq".

Bu barədə “Report” Qaz İxrac Edən Ölkələr Forumuna (GECF) istinadən xəbər verir.

Məlumatda deyilir ki, 2050-ci il üçün istehlakçıların qaza olan tələbatında da kəskin artım olacaq:

“2050-ci ildə təbii qaza olan uzunmüddətli tələbat 50 % artaraq 2019-cu ildə qeydə alınan 3 trln 950 mlrd kubmetrdən 5 trln 920 mlrd kubmetrə çatacaq. Qeyd edilən artımın 75 %-i Asiya-Sakit Okean, Şimali Amerika və Orta Şərqi ölkələrinin payına düşəcək”.

GECF hesab edir ki, son 10 ildə ilk dəfə 2020-ci ildə 2019-cu ilə nisbətən təbii qaz istehlakı 2-3,5 % azalıb:

“Qaz istehlakının bu qədər azalmasına səbəbləri Şimal yarımkürəsində normadan yüksək temperaturun olması, qapanma səbəbindən enerji, kommersiya və sənayedə tələbatın azalmasıdır. Gələn il qlobal qaz tələbatı 1,5-4 % artacağı gözlənilsə də buna pandemiyanın yenidən alovlanması səbəbindən qapanmaların artması, qarşıdan gələn qış mövsümündə hava şəraiti də təsir edəcək. Orta müddət üçün Asiya ölkələrində inkişaf, xüsusən də Çin və Hindistanın böyüməsi qarşıdakı illərdə qaz istehlakında artıma səbəb olacaq”.

Son xəbərlər

Orphus sistemi